Naxçıvanda dəhşətli hadisə – Ər və arvadı öldübackend

Naxçıvanda dəhşətli hadisə – Ər və arvadı öldü

Naxçıvanda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hokm.az-a verilən məlumata görə, yanvarın 14-də saat 21 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakini C.Əliyev idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Hacıağa Əsgərovu və onun həyat yoldaşı Töhfəni vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş hər 2 piyada yanvarın 15-də orada ölüblər.
Naxçıvan ŞPİ-də araşdırma aparılır.

  •  (0)
  •  (0)