Navalnının həkimi, vəkili və qardaşı həbs olundubackend

Navalnının həkimi, vəkili və qardaşı həbs olundu

Rusiyanın müxalifət lideri Aleksey Navalnının qardaşı Oleq Navalnı və vəkili Lyubov Sobol, həmçinin şəxsi həkimi Anastasiya Vasilyeva həbs olunub.

Hokm.az xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin xarici agent siyahısına saldığı Korrupsiyaya Qarşı Mübarizə Fondunun müdiri İvan Jdanov tvitterində yazıb.

O, saxlanılanların 48 saat nəzarətdə qalacağını bildirib.

Qeyd edək ki, polis Navalnının paytaxt Moskvadakı evləri və qurduğu Korrupsiyaya Qarşı Mübarizə Fondunun ofisində “sanitariya və epidemioloji qaydaların pozulması” səbəbilə axtarışlar aparmışdı.

Xatırladaq ki, 23 yanvarda Navalnının tərəfdarları ölkə miqyasında onun azadlığa buraxılması üçün mitinqlər təşkil etmişdi. İcazəsiz aksiyalarda 3 minə yaxın insan həbs olunmuşdu.

Navalnı 31 yanvarda aksiyaların yenidən başlayacağını açıqlamışdı.publika

  •  (0)
  •  (0)