Rusiyanın Omsk vilayətinin qubernatoru Aleksandr Burkov müxalifət lideri Aleksey Navalnının müalicə aldığı Omsk 1 saylı şəhər təcili yardım xəstəxanasının baş həkimi Aleksandr Muraxovskiyə böyük vəzifə verib.
Hokm.az konkret.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.
Mənbə bildirir ki, Muraxovski Omsk vilayətinin səhiyyə nazirliyinin yeni başçısı təyin edilib.
Omsk vilayət administrasiyasının saytındakı mesajda bu qərarın Rusiya Səhiyyə Nazirliyi ilə razılaşdırıldığı qeyd olunur.
Xatırladaq ki, Burkov bu kresloda oturan İrina Soldatovanı işindəki nöqsanlara görə vəzifəsindən azad etmişdi.
















