Navalnı xəstəxanaya köçürüldübackend

Navalnı xəstəxanaya köçürüldü

Rusiyanın Vladimir vilayətindəki 2 saylı islah koloniyasında həbsdə olan Aleksey Navalnı, kəskin tənəffüs yoluxucu infeksiya əlamətləri ilə tibbi-sanitar hissəyə köçürülüb.

Hokm.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Bildirilib ki, müxalifət lideri xəstəxanada koronavirus testindən də keçib. Ancaq yoluxub-yoluxmadığı ilə bağlı açıqlama verilməyib.

O bundan öncə açıqlama verərək yüksək temperatur və şiddətli öskürək problemi olduğunu demişdi.

Xatırladaq ki, A.Navalnı martın sonunda saxlanıldığı həbsxanada tibbi yardım tələbinin rədd edilməsindən sonra aclıq aksiyasına başlayıb.Publika.az

  •  (0)
  •  (0)