Navalnı həbsxana rəhbərliyini məhkəməyə verdi – “Qurani-Kərim”ə görəbackend

Navalnı həbsxana rəhbərliyini məhkəməyə verdi – “Qurani-Kərim”ə görə

Navalnı ona “Qurani-Kərim” kitabını verməkdən imtina edən həbsxana rəhbərliyini məhkəməyə verib.

Hokm.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı müxalifətçi özünün “Instagram” hesabında yazıb.

O, yazılı açıqlamasında həbsxanada özünü inkişaf etdirmək üçün qarşısına müxtəlif hədəflər qoyduğunu bildirib. Məqsədlərindən birinin də “Qurani-Kərim”i və Məhəmməd peyğəmbəri dərindən anlamaq olduğuna işarə edən Navalnı, “Mənə Quran vermirlər. Bu, son dərəcə zəhlətökən bir şeydir”, – deyə qeyd edib.

Ətrafındakı hər kəsin islam və müsəlmanlar haqqında danışdığını bildirən A.Navalnı, “Müsəlman olmayan rusiyalı siyasətçilər arasında “Qurani-Kərimi” ən yaxşı bilən siyasətçi olmağa qərar verdim. Həmçinin, Quranı mütaliə etməyimin bir xristian olaraq inkişafıma kömək edəcəyinin fərqinə vardım”, – deyib.

Həbsxanaya gələrkən özü ilə çoxlu kitab gətirdiyini və hamısının ekstremizm nəzarətindən keçdiyini diqqətə çatdıran A.Navalnı bu yoxlamaların 3 ay çəkdiyini, “Qurani-Kərim”in həmin nəzarət mexanizmindən keçməsini axmaq, qanunsuz addım adlandırıb.

  •  (0)
  •  (0)