NATO təcili toplantı keçirir: Rusiya ilə MÜHARİBƏ – SON DƏQİQƏbackend

NATO təcili toplantı keçirir: Rusiya ilə MÜHARİBƏ – SON DƏQİQƏ

NATO-ya üzv ölkələrin müdafiə və xarici işlər nazirləri videoformatda görüşəcək.

Hokm.az Redaktor.az-a istinadən xəbər verir ki, görüşdə müzakirə olunacaq əsas məsələ Rusiyanın Ukrayna sərhədində hərbi hərəkətliliyini və qoşun sayını artırmasıdır.

NATO-dan verilən açıqlamada ABŞ müdafiə naziri Lloyd Austin və dövlət katibi Antoni Blinkenin Brüsseldəki NATO qərargahında Baş katib Yens Stoltenberq ilə görüşəcəkləri qeyd olunub.

Yens Stoltenberq dünən Ukraynanın xarici işlər naziri Dmitro Kulebanı videoformatda qəbul edib və NATO-Ukrayna Komissiyasının iclası baş tutub.

Qeyd edək ki, Rusiyanın son vaxtlar Krımda hərbi cəhətdən daha da möhkəmlənməsi NATO tərəfindən xüsusi narahatlıqla qarşılanır. Müttəfiq ölkələr Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hərtərəfli dəstək verəcəklərini bildirirlər.

  •  (0)
  •  (0)