“NATO ölkələrinin vətəndaşlarını və döyüş maşınlarını əzəcəyik” – Solovyov TƏHDİD ETDİbackend

“NATO ölkələrinin vətəndaşlarını və döyüş maşınlarını əzəcəyik” – Solovyov TƏHDİD ETDİ

Putinə yaxınlığı ilə tanına jurnalist Vladimir Solovyovun son çıxışı gündəm olub.
Sfera.az bildirir ki, o, Rusiyanın Ukraynaya müdaxiləsinin Avropanı və hətta dünyanı da əhatə edəcək yeni mərhələyə qədəm qoyduğunu bildirərək NATO-nu hədələyib.

Jurnalist “Vladimir Solovyovla axşam” verilişində çıxışı zamanı bu fikirlərə yer verib:

“Hesab edirəm ki, xüsusi hərbi əməliyyat yeni mərhələyə qədəm qoyub. Tək Ukrayna kifayət etmir. Biz NATO ölkələrinin vətəndaşlarını və döyüş maşınlarını əzəcəyik. Bu əməliyyat başa çatdıqdan sonra NATO onu müdafiə edənlərin olub-olmadığını sorğulayacaq. Biz heç bir mərhəmət göstərməyəcəyik”.

Putinin Ukraynanın “de-nazifikasiyası” çağırışını təkrarlayan Solovyov, “Ukraynanı sadəcə olaraq de-nazifikasiya etmək kifayət etməyəcək. Avropaya və dünyaya qarşı müharibə üçün daha konkret çərçivə hazırlanır. Bu da o deməkdir ki, biz fərqli və daha sərt hərəkət etməliyik”.sfera.az

  •  (0)
  •  (0)