Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) dəyişməli və təkmilləşməlidir.
Hokm.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo deyib.

Dövlət katibi bildirib ki, alyansın gücsüz birliyə çevrilməsi və hökmsüz olması riskinə qarşı yeni addımlar atılmalıdır:
“Qurulmasından 70 il sonra NATO-nun təkmilləşməsi və yenilənməsi dövrümüzün şərtləri, gerçəklikləri və çətinlikləri ilə qarşı-qarşıya gəlməsi lazımdır. Əgər ölkələr NATO-ya lazımi mənbələri təmine tmədən təhlükəsiz olacaqlarını düşünürsə, vədlərini yerinə yetirə bilməyəcəklər. Bu da NATO-nun təsirsiz və hökmsüz birlik olması riskini daşıyır”,- Pompeo deyib.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron NATO-nun “beyin ölümü” yaşadığını demişdi.
















