NATO-dan Rusiyaya SÜLH ÇAĞIRIŞI: “Dialoqa hazırıq”backend

NATO-dan Rusiyaya SÜLH ÇAĞIRIŞI: “Dialoqa hazırıq”

NATO-nun baş katibi Yens Stoltenberq alyansın Rusiya ilə dialoqa hazır olduğunu bəyan edib.

Hokm.az xəbər verir ki, NATO-Rusiya Şurasının iclası ərəfəsində Yens Stoltenberq alyansın Rusiya və onun ətrafında baş verənləri diqqətlə izlədiyini bildirib.

Qeyd edək ki, Rusiya təhlükəsizliyinə təminatla bağlı ABŞ və NATO-ya təkliflərini təqdim edib.

Xatırladaq ki, yanvarın 10-da Rusiya və Amerika Birləşmiş Ştatlarının Cenevrədə səkkiz saat davam edən təhlükəsizlik zəmanəti ilə bağlı danışıqları olub.

Görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, Amerika tərəfinə isə dövlət katibinin müavini Vendi Şerman rəhbərlik edir.

Yanvarın 12-də Brüsseldə NATO-Rusiya Şurasının iclası keçiriləcək. Şura 2002-ci il mayın 28-də yaradılsa da, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında hərbi münaqişə səbəbindən Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər çərçivəsində Şuranın fəaliyyəti dayandırılmışdı.

2017-ci ildə Suriya və İraqda hadisələr fonunda tərəflər arasında təmaslar bərpa olunub.Publika.az

  •  (0)
  •  (0)