NATO- dan İraqa qarşı  qərarbackend

NATO- dan İraqa qarşı qərar

NATO İraqda yerli ordu üçün kadr hazırlığı üzrə missiyasının işini dayandırıb. Hokm.az xəbər verir ki, NATO-nun mətbuat xidməti TASS-a açıqlamasında ABŞ-ın hava hücumlarından sonra artan qeyri-sabitliyi səbəb göstərib. “NATO-nun İraqdakı təlim missiyasının işi dayandırılıb”, – deyə mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, NATO-nun İraqda yerli orduya təlim keçmək üçün qeyri-döyüş missiyası 2018-ci ilin oktyabrında Bağdadda başlayıb. Hazırda NATO-nun İraqdakı missiyasında alyans ölkələri və tərəfdaş ölkələrdən, o cümlədən İsveç və Finlandiyadan 500-dək təlimatçı və məsləhətçi var.Report

  •  (0)
  •  (0)