“National Interest”: Qafqazda növbəti müharibə üçün təhdidbackend

“National Interest”: Qafqazda növbəti müharibə üçün təhdid

“Silahlar susub, rus sülhməramlılar erməniləri və azərbaycanlıları ayırırlar. Rusiya-Türkiyə birgə monitorinq mərkəzi tezliklə Azərbaycan tərəfindən nəzarət edilən ərazilərdə fəaliyyətə başlayacaq”.
Hokm.az ordu.az-a istinadənxəbər verir ki, bunu “National Interest” nəşrində dərc olunan məqaləsində Mayk Rubin yazır.

O qeyd edib ki, müharibə bitmiş kimi görünə bilər, ancaq qərb diplomatları diqqətli olmalıdırlar.

“Laçın dəhlizi ətrafında şərtlər tam şəkildə müəyyənləşdirilməyib və marşrut dinc sakinlər üçün təhlükəli olaraq qalır. Laçın problemli ola bilər, amma bu, əsas problem deyil. Noyabrın 10-da cəld şəkildə imzalanmış sənəddə müddəa var ki, yeni müharibə üçün toxumlar əkə bilər: “Ermənistan Respublikası Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, avtomobillərin və yüklərin maneəsiz köçürülməsini təşkil etmək məqsədilə nəqliyyat kommunikasiyasının təhlükəsizliyinə zəmanət verir””, – deyə məqalədə qeyd olunub.

  •  (0)
  •  (1)