Nasistlərin gizlətdiyi 10 ton qızıldan ibarət xəzinənin izi tapıldı: Bu sarayın həyətinə basdırılıb – FOTOLARbackend

Nasistlərin gizlətdiyi 10 ton qızıldan ibarət xəzinənin izi tapıldı: Bu sarayın həyətinə basdırılıb – FOTOLAR

İkinci Dünya Müharibəsindən bəri xəzinə ovçularının axtardığı itmiş nasist qızıllarının izi tapılıb.
Sfera.az bildirir ki, Polşa mərkəzli bir fondun (Silezya Körpüsü Fondu) tədqiqatçıları ölkənin cənubundakı Minkovskie kəndində xəzinə ilə əlaqəli qutu aşkar ediblər. Geo-radar skanları sayəsində ərazidə yerləşən, 18-ci əsrə aid sarayın istixanasında 50 sm enində qutu tapılıb. Ərazi isə SS zabitlərindən birinin gündəliyi və başqa bir zabitin çəkdiyi xəritə ilə müəyyən edilib.

Sarayın SS əsgərləri tərəfindən əxlaqsızlıq yuvası kimi istifadə edildiyi təxmin edilir. Buraya basdırılan qızılın miqdarının 10 ton, dəyərinin isə 200 milyon funt sterlinq olduğu düşünülür.

Fondun əldə etdiyi gündəlikdə Fransadakı kolleksiyalardan oğurlandığı güman edilən beynəlxalq əhəmiyyətli 47 sənət əsərinin bölgədəki anbarlarda tapıldığını göstərən elementlər də var. Həmçinin Botticelli, Rubens, Cezanne, Carravajio, Monet, Dürer, Rafael, Rembrandt kimi dünyaca məşhur adların əsərlərinin bölgədəki anbarlarda olduğu güman edilir.

Qeyd edək ki, nasistlərin xəzinəni qorumaq məqsədilə tələlər quraşdırmış ola biləcəkləri ehtimal edildiyi üçün bölgədə qazıntı işlərinə başlamadan öncə hərbi səlahiyyətlilərdən icazə almaq lazım gəlib. Bu səbəblə fond qazıntıların nə vaxt başlayacağını açıqlamayıb.sfera.az

  •  (1)
  •  (0)