“Narın qırmızı rəngləri Orxanın qanını xatırladır” – FOTObackend

“Narın qırmızı rəngləri Orxanın qanını xatırladır” – FOTO

“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti Ermənistanın mülki əraziləri atəşə tutması nəticəsində həlak olan Tərtər rayon sakini 16 yaşlı Orxanın dəfn mərasimini işıqlandırıb.

Hokm.az qafqazinfo-ya istinadən xəbər verir ki, fotojurnalist həmin şəkilləri öz İnstaqram hesabında paylaşaraq belə şərh verib:

“Tərtər, Azərbaycan.

16 yaşlı yeniyetmə Orxan öz bağında nar yığarkən Tərtər şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində vurularaq öldürülüb.

Anası və xalası onun tabutunu qucaqlayır. Portretində sevinc dolu gülümsəyən bir oğlan görsənir. Narın qırmızı rəngləri isə bizə kədərlə onun qanını xatırladır. Ailəsinin çəkdiyi acı əbədi olacaq”.

  •  (0)
  •  (0)