Namizədlər MSK-nın qarşısında oturaq aksiyaya başladılarbackend

Namizədlər MSK-nın qarşısında oturaq aksiyaya başladılar

Onlar nəticələrin ləğvini tələb edirlər
“Hərəkət” seçki blokunun 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədi Rəbiyyə Məmmədova və Müsavat Partiyasının 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizədi Elman Quliyev Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında oturaq aksiyaya qərar veriblər.
Onlar seçkilərin total saxtalaşdırılmasına etirz edir və nəticələrin ləğvini tələb edirlər.
Rəbiyyə Məmmədova Arqument.Az-a aksiyanın davam edəcəyini deyir. O, MSK-nın qarşısında “Saxtakarlığa son” şüarı səsləndirib.
  •  (0)
  •  (0)