Naftalanda sanatoriyada istirahət edən kişi qəflətən ölübbackend

Naftalanda sanatoriyada istirahət edən kişi qəflətən ölüb

Naftalan şəhərindəki sanatoriyanın müştərisi qəflətən vəfat edib.

Hokm.az-ın “Report”a istinadən məlumatına görə, ölüm faktı Naftalan şəhər ərazisində yerləşən sanatoriyaların birində qeydə alınıb.

Ağsu rayon sakini, 1960-cı il təvəllüdlü R.Ağacanov qaldığı sanatoriyanın otağında qəflətən dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (1)