Naftalanda gənc oğlan özünü beşinci mərtəbədən atıbbackend

Naftalanda gənc oğlan özünü beşinci mərtəbədən atıb

Naftalanda gənc oğlan intihara cəhd edib.

“Report”un məlumatına görə, hadisə Naftalan şəhərində yerləşən beş mərtəbəli binaların birində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü E.Süleymanov özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihara cəhd edib.

Ağır xəsarət alan gənc Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

  •  (0)
  •  (2)