Müxalifətçi jurnalist Xədicə İsmayılova Müsavat rəhbərliyini istefaya çağırdıbackend

Müxalifətçi jurnalist Xədicə İsmayılova Müsavat rəhbərliyini istefaya çağırdı

Müxalifətçi jurnalist və hökumətin barışmaz tənqidçisi Xədicə İsmayılova müxalif Müsavat partiyası rəhbərliyini istefaya çağırıb.

Hokm.az bildirir ki, bu çağırışa səbəb, mərkəzində Müsavat-ın olduğu partiya şəhadətnamələrinin satışı ilə bağlı qalmaqaldır.

Xatırladaq ki, Almaniyada həmin ölkəyə qanunsuz miqrasiya kanalı təşkil edən Azərbaycan müxalifətinin birləşmiş qrupunun cinayətlərinin araşdırılması davam edir. Məsələ ilə bağlı on nəfərdən çox adam həbs edilib. Onların arasında müxalif Müsavat partiyasının tanınmış və üzdə olan funksionerləri də var. Belə məlum olur ki, Azərbaycanın müxalifət partiyaları əslində miqrant ticarəti ilə məşğul olan kriminal biznes sistemi yaradıblar.

Müsavat rəhbərliyini istefaya çağırdıqdan sonra Xədicə İsmayılova bu partiyanın tərəfdarları tərəfindən hücumlara məruz qalıb. Belə ki, illər əvvəlin məşhur porno- qalmaqalını xatırladaraq sosial şəbəkələrdə onu təhqir etməyə başlayıblar.

Müsavat başqanı Arif Hacılı isə öz növbəsində jurnalistə “böhtan və şantaj” səbəbindən istefaya getməyəcəyini bəyan edib.

  •  (0)
  •  (0)