Mütəxəssis-ekspert: “Heç bir peyvənd ÜST-ün icazəsi olmadan tətbiq edilə bilməz”backend

Mütəxəssis-ekspert: “Heç bir peyvənd ÜST-ün icazəsi olmadan tətbiq edilə bilməz”

“Valideynlər bilməlidir ki, heç bir peyvənd ÜST-ün icazəsi olmadan tətbiq edilə bilməz”.

Hokm.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov canlı yayımda sualları cavablandırarkən deyib.

O bildirib ki, vaksin istehsal edən ölkələr ÜST-ə müraciət edir:

“ÜST istehsala icazə verdikdən sonra prosedur qaydalarına uyğun olaraq müəyyən müddət izlənilir. Vaksinlər müvafiq olaraq ölkələrə gətirildikdən sonra həmin ölkələrin aidiyyəti qurumları tərəfindən incələnir. Daha sonra əhaliyə tətbiqinə başlanılır.

Bəzən valideynlər yayılan şayiələrdən dolayı uşaqların vaksinasiyasına ehtiyat edirlər. Lakin tövsiyə edərdim ki, boş şayiələrə fikir verməsinlər, yalnız rəsmi məlumatlara inansınlar”.

  •  (0)
  •  (0)