Müsavat Partiyasının qərargahı qarət olundubackend

Müsavat Partiyasının qərargahı qarət olundu

Müsavat Partiyasının qərargahı qarət olunub.

Hokm.az xəbər verir ki, bu barədə partiyanın başqanı Arif Hacılı məlumat verib. O bildirib ki, oğrular partiyanın binasına məxsus iki kondisioneri aparıb:

“Bu gecə naməlum şəxslər partiyanın qərargahına girib. Dəmir barmaqlıqlar kəsilib. Pəncərələr sındırılıb. Hələlik 2 kondisionerin aparıldığı məlumdur”.

Arif Hacılı qeyd edib ki, baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub:

“Polisə müraciət olunub. İndi burada xeyli polis əməkdaşı əməliyyat tədbirləri aparır”.

 

  •  (1)
  •  (1)