Murovdağda şəhid olan hərbçimiz dəfn olundu – FOTObackend

Murovdağda şəhid olan hərbçimiz dəfn olundu – FOTO

Azərbaycan ordusunun itkin hesab edilən, uzun müddət sonra şəhid xəbəri gələn əsgəri torpağa tapşırılıb.

Hokm.az-ın xəbərinə görə, Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan əsgər, Daşkəsən rayon sakini, 1996-cı il təvəllüdlü Novruz Haqverdiyev bu gün Gəncədə Şəhidlər xiyabanında dəfn olunub.

Şəhidlə vida mərasimi Daşkəsənin Alunitdağ qəsəbəsində keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti aparatının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Azərbaycan ordusunda MAXE kimi xidmət edən N.Haqverdiyevin adı itkin düşən hərbçilər sırasında idi.Qafqazinfo

  •  (0)
  •  (0)