Muradovdan Darğallını qıcıqlandıracaq sözlər – Bütün resurslardan istifadə edəcəkbackend

Muradovdan Darğallını qıcıqlandıracaq sözlər – Bütün resurslardan istifadə edəcək

“Biz çox yerdə bizim namizədlərimizin lokal problemlərin həllindən danışdıqlarına şahid oluruq, lakin bu problemlərin həlli parlament deputatının səlahiyyətlərində deyil”.

Bunu Aktual.ge xəbər portalına müsahibəsi zamanı müxalif “Lelo” partiyasının Marneuli-Qardabani seçki dairəsi üzrə majoritar namizədi Murad Muradov bildirib. Onun sözlərinə görə, parlament deputatının əsas vəzifəsi lokal problemləri həll etmək deyil, qanunvericilik prosesində iştirak edərək qanun layihələrini irəli sürmək və regional problemləri parlament tribunasından səsləndirməkdir. “Parlament deputatının əsas vəzifəsi qanunvericilik prosesində, qanunverici orqanda çalışmaq, qanun layihələrini irəli sürmək, bu layihələrin müzakirəsində iştirak etmək və ümumi regional problemlərin parlament tribunasından səsləndirməkdir. Parlament deputatı icraçı orqan deyil ki, müəyyən yerlərdə hansısa proseslərdə, infrastruktur və digər layihələr haqqında söz açsın. Biz çox yerlərdə görürük ki, bizim namizədlərimiz lokal problemlərin həllindən danışırlar, lakin bu problemlərin həlli parlament deputatının səlahiyyətlərində deyil”- deyə O bildirib. ‘Seçkilərdə özünüzə ən çox kimi rəqib görürsünüz?’ sualını cavblayan M.Muradov deyib: “Əsas rəqibim hakim partiyadır, bu isə həmin partiyanın namizədindən deyil, əlində olan resurslardan irəli gəlir. Bilirik ki, hakim partiya əlindəki bütün resursları seçkini saxtalaşdırmaq, seçicilərə təziq göstərmək, seçicilərin satın alınması və rüşvət verilməsi üçün istifadə edir. Yalnız bu səbəblərdən irəli gələrək hakim partiyanı rəqib görürəm. Tam müstəqil mübarizədə isə heç bir partiyanı rəqib görmürəm”.

  •  (0)
  •  (0)