Müharibə veteranı adları hərbçilərin xidmət keçdiyi orqanlar tərəfindən veriləcək – Nazir müavinibackend

Müharibə veteranı adları hərbçilərin xidmət keçdiyi orqanlar tərəfindən veriləcək – Nazir müavini

Bu həftə ərzində Cənab Prezident tərəfindən yeni sərəncam imzalandı.

Sərəncama əsasən 27 sentyabrdan 10 noyabradək döyüşlərdə iştirak edənlərə “müharibə veteranı” adı veriləcək.

Hokm.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, “müharibə veteranı” adını almaq üçün müvafiq qurumlar öz nəzdində fəaliyyət göstərən hərbi qulluqçuların siyahısını nazirliyə təqdim etməlidir: “Müharibə iştirakçılarına vəsiqələr veriləcək və onların adları nazirliyin elektron sisteminə qeyd olunacaq. Vəsiqə alacaq şəxslər aylıq 80 manat təqaüd alacaqlar. Təqaüd alacaq şəxslərin adları “Zəfər” elektron alt sistemi ilə nazirliyə ötürüləcək. Onlara bank kartları ayrılacaq və bu barədə sms alacaqlar. Bu, post müharibə dövründə göstərilən diqqət və qayğının göstəricisidir. Bu dövrdə 47 mindən çox sosial xidmət göstərilib. 2500-ə yaxın müharibə əlilinə 5 mindən çox xidmət göstərilib”.

  •  (0)
  •  (0)