Müğənninin dəfnində Poroşenkonun oxşarı diqqət çəkdi – FOTObackend

Müğənninin dəfnində Poroşenkonun oxşarı diqqət çəkdi – FOTO

Moskvada əfsanəvi rusiyalı müğənni Villi Tokarevlə vida mərasimi keçirilib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Müqəddəs Nikolay məbədində baş tutan mərasimdə Rusiyadan və sənətçinin 20 il yaşadığı ABŞ-dan qonaqlar olub. Ancaq vida mərasimi Ukraynada xüsusi ajiotaj yaradıb.

Belə ki, lentə alınmış kadrların birində Ukraynanın eks-prezidenti Petro Poroşenkonun bənzəri diqqət çəkib. Poroşenkonun oxşarı qısa müddətdə sosial şəbəkələrdə müzakirə mövzusu olub. İzləyicilərdən biri “Keçmiş prezident işdən çıxdıqdan sonra dəfn işləri ilə məşğul olmağa başlayıb” yazıb.

Hokm.az

  •  (0)
  •  (0)