Müğənni Aslanın cənazəsi Gəncəyə aparıldıbackend

Müğənni Aslanın cənazəsi Gəncəyə aparıldı

Aslan Hüseynovun cənazəsi Gəncəyə aparılıb.

Bunu Publika.az-a açıqlamasında müğənni İbrahim Borçalı deyib.

O bildirib ki, Aslan Hüseynov sabah Gəncədə anası dəfn edilən qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, Aslan Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi “BMW” markalı avtomobillə qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub.O, xəstəxanaya çatdırılsa da, orada keçinib.

  •  (1)
  •  (1)