Müge Anlıdan Azərbaycana dəstəkbackend

Müge Anlıdan Azərbaycana dəstək

Türkiyənin məşhur aparıcısı Müge Anlı verilişində Azərbaycana dəstək olub.

Hokm.az Mediapost.az-a istinadən xəbər verir ki, aparıcı proqramın açılışı zamanı bu sözləri deyərək tamaşaçıları daha gur alqışlara səsləyib:

“Alqışlarınız daha güclü olmalıdır, çünki Azərbaycan üçündür. Haqlı davalarında millət və dövlət olaraq yanınızdayıq. 2020-ci ildir. Mülki şəxslərə hücumu qəbul etmirik! Şəxsi fikrimi deyirəm, Azərbaycana edilən hücumu, ölkəmə edilən hücum kimi qəbul edirəm. Milləti bu düşüncədə olanın, dövləti də bu düşüncədədir. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Onlara bütün millətlərin dəstəyini gözləyirəm. Belə bir şeyi qəbul etmək dünya ölkələri üçün mümkün olmamalıdır. Özümü öz ölkəmdə hiss etdiyim yeganə yerdir. Eyni yeməyi yeyirik, dili danışırıq, ortaq mədəniyyətə sahibik. Aramızda sərhəd ola bilər, amma biz eyni millətik. Azərbaycan ordusuna uğurlar diləyirəm. Allah sizi qorusun! Dualarımız, gözəl duyğularımız sizinlədir!”.

  •  (4)
  •  (0)