Müəllimlərin dərs yükü necə bölünəcək? – AÇIQLAMAbackend

Müəllimlərin dərs yükü necə bölünəcək? – AÇIQLAMA

“Fevralın 1-dən ənənəvi tədrisin bərpası zamanı siniflərin yarımqruplara bölünməsi müəllimlərin dərs yükünü artırmayacaq”.

Bunu Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, müəllimin dərs yükü iki yarım qrup arasında bölünəcək:

“Qalan dərs saatları teledərslərlə kompensasiya ediləcək. “Dərs vaxtı” proqramının cədvəlinin hazırkı vəziyyətdəki kimi qalması tövsiyə olunur”.Oxu.Az

  •  (0)
  •  (0)