
“Şagird və abituriyentlərin dərsdən sonra öz doğma məktəblərində məşğələyə getmələri valdieynləri maddi yükdən azad edə bilər”.
Hokm.az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında şagird və valideynlərin özəl hazırlıq kursları və repetitorların “əsarət”indən çıxarılması yollarından danışan sosial sahə üzrə ekspert Elnur Fərzəliyev deyib. Ekspertin sözlərinə görə, şagirdlər üçün özəl hazırlıq kurslarında və repetitor qiymətlərinin bahalığı valideynləri çətin vəziyyətə salır. Ona görə də, problemin qarşısını almaq üçün orta məktəblərdə ikinci növbəli hazırlıq kursları açılmasına ehtiyac var:
“Hər bir orta məktəbdə ikinci növbə hazırlıq kurslarının açılması həmin təhsil müəssisəsinin büdcəsinə əlavə gəlir gətirəcək. Eyni zamanda, müəllimlər üçün gəlir imkanı yaranacaq və övladını hazırlığa qoyan valideyin maddi yükdən qismən xilas olacaq. Həmçinin bu addım bir sıra sosial problemlərin aradan qalxmasına da öz müsbət təsirini göstərəcək” deyə ekspert qeyd edib.
















