Azərbaycanın üç ən çox ziyalı yetişdirən rayonunu axtarsaq, mütləq yollardan biri bizi dağlar diyarı, yaşıl çəmənli yaylaqları, buz bulaqları olan Gədəbəyə aparacaq.
Ora, nağıl kimi əsrarəngiz təbiətin fonunda bir də sazın – sözün, misilsiz sənətkarlıq nümunələrinin ahəngdarlığını görmək, yaşamaq mümkündür. Bax bu saflıq içərisində, təmiz havanın, təbii qidanın ortaya çıxardığı əsl insanın, ziyalının, alimin Gədəbəydən çıxması təəccüblü deyil.
Gədəbəyin yüzlərlə alimi – professoru, akademiki, fəlsəfə doktorları var.
Onlardan biri ölkədə bərk cisimlər fizikası üzrə nüfuzlu, bu sahədə respublikada söz sahibi olan Məzahir müəllimdir.
Məzahir Məhəmməd oğlu Quliyev 1949-cu il aprel ayınln 29-da Gədəbəy rayonunun Daryurd kəndində anadan olub.
1956-cı ildə Gədəbəy rayonu Əli-İsmayıl kənd orta məktəbinə gedib. 1966-cı ilə qədər həmin məktəbdə təhsil alıb.
1967-ci ildə Bakı Dövlət Univertiterinin fizika fakultəsinə daxil olub və 1973-cü ildə həmin universiteti fizik və fizika müəllimi ixtisası üzrə bitirib.
Məzahir müəllim ilk əmək fəaliyyətinə 1970-ci ildən Pedaqoji Universitetin fizika fakültəsində başlayır.
O daha sonar 1973-74-cü illərdə hərbi xidmətdə olur.

Hərbi xidməti bitirdikdən sonra yenidən Pedaqoji Universitetdə işini davam etdirir.
Az sonar isə sözügedən təhsil müəssisəsində dissertant olur.
İllər ötür, əzmi, zəhməti və əməksevərliyinin bəhrəsini görmək zamanı yetişir.
Məzahir müəllim 1990-cı ildə Bakı Dövlət Universitetində “Bərk cismlər fizikası” üzrə dissertasiya müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi, alimlik dərəcəsi alır.
O ildən 1999-cu ilədək Pedaqoji Universitetdə laborant,baş laborant, müəllim, baş müəllim vəzifələrində çalışır.
Məzahir müəllim elmlə yanaşı digər sahələrdə də fəaliyyət göstərməyə başlayır.
Məsələn, tanınmış alimin avtobioqrafiyasına baxanda görürük ki, kommersiya sferasında da işlər həyata keçirib, “Loğman” firmasında direktor müavini, direktor vəziflərində işləyir.
Daha sonra isə poladəritmə zavodunda direktor vəzifəsində işləyir.
Məzahir müəllimin bu il 70 yaşı tamam olur. O dəyərli ziyalı, vəfalı elm keçikçisidir. Bu gün də elmin təəssübünü çəkməyə davam edir və hazırda Heydər Əliyev adına A.A.H.M-də dosent vəzifəsində fəaliyyətini davam etdirir.
Məzahir müəlliminin onlarla kitabı, xeyli sayda elmə işıq tutan məqalələri var.
Alim onlarla özünü elmə həsr etmiş gəncin elmi rəhbəri olub.
Dörd övlad atası olan Məzahir müəllimin övladları da öz yollarından addımlayırlar.
Günel riyaziyyatçı, Tünzalə hüquqşünas, Şəhla həkim, Günay isə kimya mühəndisidir.
Məzahir müəllim elmi ictimaiyyətdə xüsusi çəkiyə malikdir. 70 yaşı tamam, yubileyi olan alimin hörmətini saxlayır, haqqında yüksək fikirlər səsləndirirlər:
“Səmimi dost, təvazökar insan və gözəl pedaqoq, Məzahir müəllim!
Sizi 70- illik yubileyiniz münasibəti ilə kafedramızın bütün professor və müəllim heyəti, müstəqilliyimizin qarantı olan Silahlı Qüvvələrin gələcək zabitləri olacaq çox saylı kursantlar və şəxsən öz adımdan təbrik edir, sizə uzun ömür, möhkəm can sağlığı arzulayırıq.

Hörmətlə: Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Texniki fənlər kafedrasinin rəisi polkovnik M.Heydərov”
“A.A.H.M-nin”Texniki fənlər”kafedrasının dossenti,f.r.e.n. Məzahir Quliyevi “Fundamental və Təbiət fənləri”kafedrasının əməkdaşları və şəxsən öz adımdan təbrik edirəm.
M. yaradıcılıq fəaliyyəti BDU-nun fizika fakultəsində tələbəliklə başlamışdır. BDU-nu bitirdikdən sonra ADPU- də adi laboratoriya rəhbərliyindən müəllim və baş müəllim vəzifələrinə qədər olan pedaqojı fəaliiyəti dövründə elmi fəaliyyətlə də məşğul olmuş və disertasiya müdafiə edərək fizika -riyaziyyat elmləri namizədi, alimlik dərəcəsi almışdır. Bir yetkin alim kimi ADPU-da çalışdığı müddətdə elmə və təhsilə böyük töhfələr vermişdir. Belə ki, Məzahir müəllimin tələbələri bir mütəxəssis kimi elmin və təhsilin digər sahələrində uğurla fəaliyyət göstərməkdədirlər. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı Məzahir müəılim fizikanın müxtəlif sahələrinə aid fundamental əsərlərin müəllifi kimi də tanınmaqdadır. Görkəmli alim,f.r.e.n.,dosent M.Quliyev onlarla kitab, dərs və metodik vəsaitlərin, 70-ə yaxın elmi məqalələrin müəllifidir. Bu məqalələr respublikamizda və onun hüdudlarında kənarda ən aparıcı elmi jurnallarda dərc olunmaqla Azərbaycan elmini layiqincə təmsil etmişdir.
M.Quliyev hazırda öz pedaqoji fəaliyyətini A.A.H.M-də davam etdirir. Azərbaycan Respublikası Silahlı Qüvvəllərii üçün yüksək ixtisasli kadrların hazırlanmasındakı fəaliyyəti təqdirə layiqdir. O öz pedaqoji təcrübəsindən istifadə edərək gənc pedaqoqların yetişdirilməsində fəal iştirak edir və demək olar ki, M.Quliyev bir müəllimlər müəllimi kimi bizim qürur yerimizidir.
Mən tanınmış alim,pedaqoq və dəyərli insan Məzahir Quliyevə can sağlığı uzun və mənalı ömür arzulayıram.

A.A.H.M-in Fundamental və Təbiət fənləri kafedrasının Ali riyaziyyat silsiləsinin rəisi f.r.e.n.,dosent Səltənət Veysova”
“Mənim Məzahir müəllim haqqında fikir söyləməyim həm məsuliyyətli, həm də şərəflidir.
Onu universitetdə oxuduğum illərdən tanıyıram. Məzahir müəllim mənimlə H.Əliyev adına Ali Hərbi Məktəbdə Texniki fənklər kafedrasında dosent vəzifəsində işləyir. O, kollektivin hörmətli və sevimli dosentidir. Bir çox dərs vəsaitlərinin müəllifidir. Ordumuz üçün savadlı zabitlərin yetişməsində onun böyük əməyi vardır. O, əsl dostdur. Onunla dərdini bölüşəndə çox rahat olursan, düzgün yol göstərir. Ondan həmişə müsbət enerji almışam. O, millətini sevən, vətənpərvər Azərbaycan vətəndaşı və ziyalısıdır. Belə ziyalı insanlar çox olsa vətən heç vaxt basılmaz və qüdrətli olar. Dostumun 70- illik yubileyi münasibəti ilə təbrik edir, ona həyatda can sağlığı,uzun ömür, işlərində uğurlar arzulayıram, həmişə ailəsinin başında duraraq onlara məsləhət və yol göstərsin. Yollarını nurla doldursun.
Texniki elmlər kafedrasının dosenti Seyidov Mirfətulla Mirismayıl oğlu”
“Hərdən fikirləşirəm, yaxşı ki, cəmiyyətdə hələlik yaxşı insanlar var. Belə insanlarla görüşərkən, təmasda olarkən hər bir kəs elini, obasını, adət-ənənələrini, keçmişini, bu gününü xatırlayır və özünü dərk edir. İnsanların qəlbində belə hislərin əbədi yaşaması üçün cəmiyyətin bu insanlara həmişə ehtiyacı olub, gələcəkdə də olacaqdır.
Məzahir müəllim belə insanlardan biridir. Həssas qəlbli, ipək xasiyyətli Məzahir müəllim gözəl alim, gözəl müəllim, gözəl dost və gözəl ailə başçısıdır. O, zəngin mənəvi dünyası olan bir insandır. Hər dəfə mən onunla görüşəndə uşaqlığım, elim-obam yadıma düşür. Sanki cavanlaşıram, saflaşıram və qəlbimdə xoş əhval – ruhiyyə yaranır. İnsanlara belə hisslər bəxş edən hər bir kəs böyük alqışlara layiqdir.
Hörmətli dostum, Məzahir müəllim!70 illik yubileyin münasibəti ilə səni təbrik edirəm, sənə möhkəm can sağlığı və ailə üzvlərinlə birlikdə xoşbəxt həyat arzulayıram. Arzu edirəm ki, bundan sonar da Allahın sənə bəxş etdiyi ömrü sağlam və mənəvi zənginliklə gözəl yaşayasan”.
H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Elmi tədqiqat bölmə rəisinin köməkçisi f.r.e.n.,dosent Əlyar Dünyamalı oğlu Namazov”.
.jpg)
“Mən Məzahir müəllimlə neçə illərdir ki, dostluq, yoldaşlıq edirik.
Biz hər dəfə görüşəndə söhbətimiz çox vaxt ailələrimizdən, övladlarımızdan, nəvələrimizdən olur. Tələbə yoldaşlarımızı xatırlayırıq. Məzahir müəllim o qədər savadlı, alicənab, ailəcanlı bir insandır ki, onun ibrətamiz sözlərindən, bəzən zarafatlarından doymaq olmur.
Qarşıda Məzahir müəllimin 70-illik yubileyi gəlir. Bu münasibətlə məzahir müəllimi səmimi qəlbdən təbrik edirəm, ona həyatın əziz neməti olan can sağlığı arzulayıram. Qoy, bundan sonraki ömrünü də sağlam, şən və firavan yaşasın”.
Tələbə yoldaşı Əlövsət müəllim”
Ömrün yolları xalça ilmələri kimidir. İnsan isə sehrli əllərə malik xalçaçı. Nə gözəl ki, bu ömrün Məzahir müəllim gözəl toxuyub. Sevilir, ağsaqqallığı qəbul edilir. Tələbələri üçün elm məbədidir.
Professor, çox yaşayın, bu xalqın, elmin sizə çox ehtiyacı var.
Yubileyiniz mübarək olsun!
























