Müdafiə Nazirliyinin məlumatı: İyunun 8-dən 11-dək…backend

Müdafiə Nazirliyinin məlumatı: İyunun 8-dən 11-dək…

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Hokm.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi iyunun 8-dən 11-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

  •  (0)
  •  (0)