Müdafiə Nazirliyi itkin düşmüş hərbi qulluqçuların şəkillərini yaydı – Yeni siyahıbackend

Müdafiə Nazirliyi itkin düşmüş hərbi qulluqçuların şəkillərini yaydı – Yeni siyahı

Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 11-dək dəfn edilən 2 841 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş siyahı yayıb.

Bu barədə Hokm.az-a Nazirlikdən məlumat verilib.
Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
  •  (0)
  •  (0)