Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub – SON DƏQİQƏbackend

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub – SON DƏQİQƏ

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.

  •  (0)
  •  (0)