Mübariz Mənsimovun səhhəti ağırlaşdı – Yarası iltihablanıb, yeriyə bilmirbackend

Mübariz Mənsimovun səhhəti ağırlaşdı – Yarası iltihablanıb, yeriyə bilmir

Azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun səhhəti ağırlaşıb.
“Hokm.AZ” xəbər verir ki, bu barədə məlumatı şirkətin rəsmisi Fidan Quliyeva yayıb.
O bildirib ki, M.Mənsimov ciddi əməliyyatdan sonra həbs edildiyi üçün həbsxanada qaldığı müddətdə yarası iltihablanıb. Həmçinin bədənində şişkinliklər meydana gəlib, qaraciyərində problemlər yaranıb və idrarından qan gəlir. Əməliyyatdan sonra həkim nəzarətində qalmalı olduğu üçün həbsxanada olduğu günlərdə immun sistemi olduqca zəifləyib. Koronavirus pandemiyasının sürətlə yayılması səbəbilə orqanizmi infeksiyaya açıq olan Mənsimovun həyati təhlükəsi var.
“Hazırda bədəni çox yorulduğu üçün gəzməkdə belə çətinlik çəkir. Bütün qanuni təşəbbüslərə və tələblərə baxmayaraq, Mübariz Mənsimov hələ də xəstəxanaya göndərilməyib və yoxlanışlardan keçirilməyib. Özünü heç bir halda təmin edə bilmədiyi və həyati təhlükəsi olduğu üçün Silivri Həbsxanasının ağır şəraitində qalmağı mümkün deyil. Keçirdiyi əməliyyatlar, həkim nəzarətində qalmağına dair bütün tibbi arayışlar mövcud olsa da, hətta bu hesabatlar lazımi orqanlara təqdim edilsə də, Mənsimov hələ də həbsxanadadır və xəstəxanaya yerləşdirilmir. Mübariz Mənsimovun hazırki vəziyyəti ilə bağlı həbsinin ev həbsinə çevrilməsi lazımdır. Səlahiyyətli şəxslər bu vəziyyətə biganə qaldıqca Mənsimovun həyatı təhlükədə olacaq”.
  •  (0)
  •  (3)