Mübariz Mənsimovdan paylaşım: ”Ata və anamın gəncliyi…”backend

Mübariz Mənsimovdan paylaşım: ”Ata və anamın gəncliyi…”

Xəbər verdiyimiz kimi, əməkdar artist Baloğlan Əşrəfov koronavirusdan vəfat edib.

Hokm.az xəbər verir ki, müğənni ilə yaxın dostluq edən, hətta onun müalicə olunması üçün köməklik göstərən iş adamı Mübariz Mənsimov xalq artisinin vəfat xəbərinə belə reaksiya verib.

”Dəyərli dostum, əziz qardaşim…

Bu gün fani dünyanı tərk etdin. Allah sənə rəhmət eləsin sədaqətli qardaşım. Azərbaycan incəsənətinə öz imzasını ata bilən sənətkarımız. Ata və anamın gəncliyi. O gözəl səsinlə ifa etdiyin mahnılar heç vaxt unudulmayacaq. Bu o deməkdir ki, sən ölmədin, hər zaman qəlbimizdə yaşayacaqsan. Rahat yat, əziz dost.Ruhun şad olsun”.

Qeyd edək ki, 70 yaşlı müğənni 2 həftə öncə koronavirusa yoluxmuşdu. O, ev şəraitində müalicə alırdı.metbuat.az

  •  (0)
  •  (0)