Mübariz Mənsimov həbsxanadan anasına çiçək göndərdi- FOTObackend

Mübariz Mənsimov həbsxanadan anasına çiçək göndərdi- FOTO

Mübariz Mənsimov həbsxanadan anasına çiçək göndərdi….

Hal-hazırda İstanbulun Silivri cəzaçəkmə müəssisəsində  dustaq olan azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov “analar günü” münasibətilə anasına çiçək göndərib.

Hokm.az bildirir ki, bu barədə “Palmali” şirkətlər qrupunun mətbuat katibi Fidan Quliyeva öz Facebook səhifəsində paylaşım edib.

“Anneler günün kutlu olsun” Mubariz Gurbanoğlu.

Axşam qapıma gələn bu çiçək ürəyimə iynə kimi batdı. Elə batdı ki, o ağrını hələ də hiss edirəm… Yandırdı məni… Məhv etdi.. Göz yaşlarıma hakim ola bilmədim… Bu çiçəyi, bu diqqəti, bu məktubu Mübariz bəydən bu gün gözləmirdim, hec gözləmirdim. Amma təxmin etməli idim.

Bunu yalnız o edə bilərdi. Zümrüd ananın oğlu Mübariz Qurbanoğlu. Diqqəti diqqət çəkəcək qədər, ürəyi adı qədər böyük insan… Fəxrimiz, qürurumuz, Mübarizimiz…

Heç nə unutmaz, unutsaq da bərk əsəbləşərdi. Hər zaman diqqəti və jestləri ilə seçilən Mübariz… İnsan həyatını dəyişdirə biləcək qədər böyük jestlər. Kiminsə həyatını, kiminin isə işini qurtarardı. Hec bir qarşılıq gözləmədən. Sevir o belə jestləri və elə bu səbəbdən də çox sevilir. Diqqət etdiyi qədər də diqqət sevər.

O bir otaqlı, boz, soyuq məhbus həyatını yaşayıb, bizi-anaları düşünməsi məni qəhərə boğur. Dərdə salır. Bu çiçəkdən Zümrüd anaya da gedib şübhəsiz. Onu mən heç təsəvvür edə bilmirəm.. Zümrüd anaya bu çiçək yox, oğulu, canı, həyatı olan Mübarizi ən böyük hədiyyə olardı.

Bu çiçəyi qarşıma qoyub baxaraq düşünürəm, biz axı analar heç nə edə bilmirik. Amma bunu bilirik ki, anaların duaları hər zaman qəbul edilir. Gözəl analar! Bayramınız mübarək! Gəlin dualarımızı Mübariz üçün edək. Hədiyyəmiz onun sağlığı və azadlığı olsun!!! Dualarımız səninlədir, Mübariz İnsan!!!”

  •  (3)
  •  (1)