“Mu” variantı yoxsa “Delta” variantı daha ölümcüldü? – Həkim-infeksionistin RƏYİbackend

“Mu” variantı yoxsa “Delta” variantı daha ölümcüldü? – Həkim-infeksionistin RƏYİ

Son günlər Azərbaycanda koronavirusa yoluxma dinamkiasında tədricən azalma müşahidə olunur.

Bununla paralel olaraq sağalanların sayında da artım var. Artıq bir neçə gündür ki, bu dinamika davam edir.

Bəs yoluxmada bu cür azalma dinamikası davamlı olacaqmı?

Həkim-infeksionist Nicat Əzimli azxeber.com-a açıqlamasında hazırki dinamika ilə bağlı fikirlərini bildirib. Nicat Əzimli bildirib ki, tədricən yaranan kollektiv immunitet nəticəsində bu azalma gözləniləndir: “Hazırda dünyada yayılmaqda davam edən və yoluxma qabiliyyəti ən yüksək olan variant “Delta” variantıdır. Hansı ki, Azərbaycanda da eyni variantın dominantlığı ilə dördüncü dalğanı yaşayırıq. Yoluxmalardakı azalma dinamikası təbiidir. Tədricən yaranan kollektiv immunitet nəticəsində bu azalma gözləniləndir”.

Nicat Əzimli dünyada yeni yayılan “Mu” variantı haqqında da danışıb. Həkim qeyd edib ki, hələ ki, “Mu” variantının “Delta” qədər yüksək olmadığı bildirilir: “Delta”ya oxşar yoluxuculuğu yüksək və ya cari immunitetdən yayınma xüsusiyyəti ola biləcək digər bir variantla bağlı araşdırmalar davam edir. Bu, “Mu” variantıdır. İlkin məlumatlara əsasən hələ ki, yoluxuculuğun “Delta” qədər yüksək olmadığı bildirilir. Lakin hələ daha geniş araşdırmalara ehtiyac var”.

Qeyd edək ki, Türkiyədə də qeydə alınan “Mu” variantına ölkəmizdə hələ ki, rast gəlinməyib.

  •  (0)
  •  (0)