Bu gün saat 16:00-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.
Bu barədə Hokm.az-a MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.
O, bildirib ki, iclasda Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat mandatının ləğvi məsələsi müzakirə olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Konstitusiyanın 89-cu maddəsinin 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.
Seçki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə (rəsmi məlumat) daxil olduqda, Mərkəzi Seçki Komissiyası ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir. Qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.
















