Mövsüm yaxınlaşır: Azərbaycanda çimərliklər açılacaq?- İyunun 1-dən…backend

Mövsüm yaxınlaşır: Azərbaycanda çimərliklər açılacaq?- İyunun 1-dən…

Mövsüm yaxınlaşır: Azərbaycanda çimərliklər açılacaq?- İyunun 1-dən…

Hokm.az-ın cebhe.info-ya istinadən xəbərinə görə, qarşıdan iyun ayı, yəni çimərlik mövsümü gəlir. Ölkəmizdə çimərlik mövsümünə ənənəvi olaraq 1 iyunda start verilir.

Lakin hazırda bütün dünyada koronavirus pandemiyası hər sahəyə öz mənfi təsirini göstərdiyindən, ölkəmizdə də təcrid qaydaları qüvvədədir. Hətta mayın 31-dən sonra Bakı da daxil olmaqla digər şəhərlərdə karantin ləğv ediləsə belə, çimərlik mövsümünün elan edilib-edilməyəcəyi məlum deyil.

Nəzərə alaq ki, Türkiyə kimi çimərlik turizminin geniş inkişaf etdiyi ölkədə iyunun 1-dən etibarən turizm mövsümü açıq elan olunacaq. Ancaq bu zaman xarici turistlərin qəbulunda xüsusi qaydalar qüvvəyə minəcək, həmçinin dənizkənarı obyektlər üçün yeni təlimatlar hazırlanacaq.

Azərbaycanda çimərlik mövsümünün nə zaman başlayacağı isə hələ tam məlum deyil.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən açıqlamaya görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun tədbirlər görüləcək:

“Qərargahın qərarlarına uyğun tədbirlər görüləcək. Çimərliklərin açılıb-açılmayacağı ilə bağlı qərar Qərargahın tədbirlərinə uyğun müəyyən olunacaq”.

  •  (1)
  •  (0)