Mövlud Çavuşoğlu Ceyhun Bayramovla Qarabağdakı son vəziyyəti müzakirə etdibackend

Mövlud Çavuşoğlu Ceyhun Bayramovla Qarabağdakı son vəziyyəti müzakirə etdi

Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri görüşüb.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov arasında baş tutan görüşdə müzakirə olunan məsələlər məlum olub.

Hokm.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər naziri “Twitter”də bildirib.

“Xarici İşlər naziri Ceyhun Bayramovla əməkdaşlıq imkanlarımızı və Qarabağdakı son vəziyyəti müzakirə etdik.
Azad edilən topraqlarda yenidənqurma və inkişafa dəstəyimiz davam edəcək”, M.Çavuşoğlu qeyd edib.
Türkiyəli nazir bildirib ki, iki ölkə arasında yaxın zamanda şəxsiyyət vəsiqəsilə səyahətin başladılması da müzakirə olunub.

  •  (0)
  •  (0)