Mourinyo: Messi bu mövsüm “Qızıl top”a layiq deyilbackend

Mourinyo: Messi bu mövsüm “Qızıl top”a layiq deyil

“Barselona”nın argentinalı hücumçusu Lionel Messi bu mövsüm “Qızıl top”a layiq deyil.

Bunu “Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Joze Mourinyo deyib.

“Mən Messinin bu il “Qızıl top”a layiq olduğuna şübhə edirəm, çünki o, Çempionlar Liqasında uğursuzluğa düçar oldu”, — deyə “Get French Football News” nəşri RMC-yə istinadən Mourinyonun sözlərini sitat gətirib.

“Barselona” cari mövsümdə Çempionlar Liqasının yarımfinal mərhələsində “Liverpul”a (3:0, 0:4) məğlub olub.

Bu mövsüm ÇL-in 10 matçında iştirak edən Messi 12 qol və 10 məhsuldar ötürmənin müəllifi olub. Onun hesabında həmçinin İspaniya çempionatının 33 matçında vurulan 34 qol və 13 məhsuldar ötürmə var. (report)

Hokm.az

  •  (0)
  •  (0)