Motosikletə 500 at gücündə mühərrik qoydularbackend

Motosikletə 500 at gücündə mühərrik qoydular

Motosikletlərin kiçik həcmli mühərriklə təchiz edilməsi adət etdiyimiz haldır. Bu yüngül və çevik texnikada çox mürəkkəb kostruksiyalı, böyük həcmli mühərrikə ehtiyac yoxdur. Lakin şəxsi təşəbbüsü heç kim istisna etmir.

Hokm.az xarici mediaya isstinadən xəbər verir ki, ABŞ vətəndaşı Alen Milyard motosikletə 10 silindrli mühərrik yerləşdirib.

500 at gücündə olan mühərrikin kütləsi 350 kq olduğu üçün ramanı möhkəmlətmək lazım gəlib. Təkmilləşmədən sonra bu texnika 435 km/saat sürətlə hərəkət edə bilər. Lakin nəzəri olaraq. Çünki motosikleti bu sürətlə sürməyə heç kim risk etməyib.

  •  (0)
  •  (0)