Moskvadan Putinin təhqir olunmasına iki sözlük – Reaksiyabackend

Moskvadan Putinin təhqir olunmasına iki sözlük – Reaksiya

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstanda müxalif “Rustavi-2” televiziya kanalında yayımlanan “Postskriptum” proqramında aparıcı Giorgi Qabunianın monoloqunda Prezident Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlətməsinə münasibət bildirib.

“Qafqazinfo”nun xəbərinə görə, Zaxarova qalmaqala reaksiyasında sadəcə iki sözdən istifadə edib.

“Gürcülərin bədbəxtçiliyidir…”, – deyə qurum rəsmisi vurğulayıb.

Xatırladaq ki, Gürcüstanın hökumət rəsmiləri baş vermiş hadisəni dövlət əleyhinə təxribat kimi qiymətləndiriblər. Kanal rəhbərliyi rəsmən üzr istəyib, əməkdaşlar müvəqqəti olaraq işi dayandırıblar.

Hokm.az

  •  (0)
  •  (0)