Moskvada ŞOK GÖRÜNTÜ: “Qiyamət təyyarəsi” illər sonra paytaxt səmalarında dövrə vurdu – VİDEObackend

Moskvada ŞOK GÖRÜNTÜ: “Qiyamət təyyarəsi” illər sonra paytaxt səmalarında dövrə vurdu – VİDEO

Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ilə bağlı iddiaların müzakirə edildiyi bir vaxtda “Qiyamət təyyarəsi” adlandırılan “İlyuhsin il-80” Moskva səmalarında görünüb.

Hokm.az xəbər verir ki, bu barədə “Daily Mail” portalı məlumat yayıb. Bildirilir ki, təyyarə Moskva səmalarında dövrə vurub. Moskvadan isə bildirilib ki, təyyarə Zəfər günündəki uçuşlara qatılacağı üçün təlim məqsədilə havaya qalxıb. Qeyd edək ki, İlyuhsin il-80” təyyarəsi sonuncu dəfə 12 il əvvəl səmada görünüb. Bildirilir ki, təyyarə nüvə hücumu zamanı ölkəni idarə etmək üçün nəzərdə tutulub. Kremldəki idarəetmə sistemini əvəz edə bilən laynerin yalnız pilot kabinəsinin şüşələrinin olması diqqət çəkir.Metbuat.az

  •  (0)
  •  (1)