Moskvada növbəti etiraz aksiyası – 600 nəfər saxlanıldıbackend

Moskvada növbəti etiraz aksiyası – 600 nəfər saxlanıldı

Bu gün Moskvanın mərkəzində razılaşdırılmamış növbəti aksiya keçirilib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, aksiyada 1500 nəfər iştirak edib.

Onlardan təxminən 600 nəfəri saxlanılıb.

Yerli hüquq-mühafizə orqanları Tversk küçəsinə toplaşan aksiya iştirakçılarını asayişi pozmamağa və dağılışmağa çağırıb.

Qeyd edək ki, iyulun 27-də Moskvada müxalifətçi namizədlərin bələdiyyə seçkilərinə buraxılmamasına etiraz olaraq icazəsiz aksiya keçirilməsinə başlanılıb. Həmin vaxt kütləvi mitinqdə təxminən 3500 nəfər iştirak edib.

Hokm.az

  •  (0)
  •  (0)