Mobil telefonlar elektron döymələrlə əvəz oluna bilər.
Hokm.az big.az-a istinadən bildirir ki, bu proqnozu “Microsoft” şirkətinin qurucusu Bill Geyts edib.
Yeni inqilabi ixtira haqqında ətraflı danışan milyarder qeyd edib ki, dəridə edilən elektron tatular tibbi məlumatları toplayıb idarə edə biləcək.
Hazırda hazırlanmaqda olan bu cihaz yeni texnoloji fenomen olacaq və əlavə heç bir vasitədən istifadə etmədən qan təzyiqini, ürək döyüntüsünü, qanda oksigen dərəcəsini ölçəcək, həmçinin mobil telefonların funksiyalarına malik olacaq.
Geytsin sözlərinə görə, adi tatudan fərqli olaraq, burada çernildən əlavə, çiplərdən və elektrik istehsal edən nanotexnologiyalardan istifadə olunacaq,
“Chaotic Moon Studios” tərəfindən yaradılan bu döymələr insan təhlükədə olduğu zaman həkimə yardım siqnalları göndərə biləcək.
“İldə bir dəfə həkimin konsultasiyasına yazılmaq əvəzinə, bədənə ildə bir dəfə vurulan bu tatu orqanizmin vəziyyətini nəzarətdə saxlayacaq və məlumatları həkimə göndərəcək. Narahatlığa səbəb olduqda, ekspertlər sizinlə əlaqə saxlayacaqlar”, – deyə Geyts açıqlayıb.
Mobil telefonlar istehsal edən şirkətdən bildirilir ki, gələcəkdə istifadəçilər özləri də xüsusi aparat vasitəsilə, ağrısız və allergiya riski olmadan tatunu dərilərinə vura biləcəklər.
Burada əsas məqsəd sözgedən cihazı smartfon kimi istifadə etməkdir.