Laçında itkin düşən hərbi qulluqçuların axtarışı davam edir.
Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.