Misir prezidenti Əbdüləziz Sisi Türkiyənin Liviyaya hər hansı bir müdaxiləsinin qarşısını almaq üçün ordusuna təlimat verib.
Hokm.az Reyting.az-a istindən xəbər verir ki, belə bir iddia ilə İsrail kəşfiyyatı Mossad-a yaxınlığı ilə seçilən DebkaFile saytı çıxış edib.İddiaya görə, Misir ordusuna aid tanklar Türkiyənin Liviyaya müdaxiləsini önləmək məqsədilə bu ölkəyə daxil olub.

Kəşfiyyat mənbələrinə istinad edən məqalədə qeyd edilir ki, Misir ordusuna bu addımı atmaq təlimatı birbaşa ölkə prezidenti Sisi tərəfindən verilib. Əlavə edilib ki, Misirin hərbi hava qüvvələrinin bir hissəsi də hazır vəziyyətdə gözləmə mövqeyi tutur.
DebkaFile saytı iddia edir ki, Misir lideri Sisinin bu göstərişi Türkiyə prezidenti Ərdoğana cavab məqsədi daşıyır. Bildirilir ki, əgər Türkiyənin Liviyaya əsgər göndərmək planı reallaşarsa, Misirin hərbi hava qüvvələri də prosesə müdaxilə edəcək.
















