Bu il müəllimlərin işə qəbulunda daha bir yenilik olacağı gözlənilir.
Bu barədə “Yeni Sabah”a ekspert Elşən Ramizoğlu məlumat verib. Onun sözlərinə görə, bəzi müəllimlər müsahibə mərhələsindən azad olunacaqlar.
“Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər bu il MİQ imtahanı verdikləri zaman müsahibədən azad olunacaqlar.Yəni yeni işə qəbulla MİQ-də iştirak etmiş, həmçinin müəllim işləyənlər arasında müsahibə mərhələsində fərq qoyulacaq.
Qeyd edək ki, məsələylə bağlı Təhsil Nazirliyinə sorğu göndərilib. Rəsmi cavab verildikdən sonra bu haqda məlumat veriləcək.
















