“Minsk qrupu hazırda həyata keçirməli olduğu vasitəçilik rolunu yerinə yetirə bilmir” – Metyu Brayzabackend

“Minsk qrupu hazırda həyata keçirməli olduğu vasitəçilik rolunu yerinə yetirə bilmir” – Metyu Brayza

Bir az əvvəl Paşinyanın verdiyi bəyanatlardan danışdım. Belə bir vəziyyətdə Minsk qrupunun vasitəçiliyi ilə danışıqların davam etdirilməsinə şərait yoxdur.
Hokm.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramına müsahibəsində deyib.

M.Brayza bildirib ki, Minsk qrupu hazırda həyata keçirməli olduğu vasitəçilik rolunu yerinə yetirə bilmir:

“Ona görə düşünürəm ki, biz yaranan boşluğu Ermənistan tərəfindən Rusiyanın, Azərbaycan tərəfindən isə Türkiyənin dolduracağını görə bilərik. Hamımızın da bildiyi kimi onlar Tovuzdakı toqquşmadan qısa müddət sonra birlikdə hərbi təlim keçirdilər. Hazırda biz Minsk qrupunun prosesdən kənara düşdüyünü görürük. Bəlkə Rusiya və Türkiyə daha çox önə çıxa bilər. Hesab edirəm ki, bəzi dairələrdə buna qarşı çıxanlar olacaq. Ancaq bunun doğru olduğunu düşünmürəm”.Ordu.az

  •  (1)
  •  (0)