Minalanmış ərazilərin xəritəsini ermənilərdən necə ala bilərik? – ŞƏRHbackend

Minalanmış ərazilərin xəritəsini ermənilərdən necə ala bilərik? - ŞƏRH

44 günlük müharibənin sonunda biz öz torpaqlarımız erməni işğalından azad etdik. Belə görünür ki, həmin ərazilərə qayıdışımız üçün xeyli gözləməliyik. Çünki o bölgə minalardan tam təmizlənməyib. Ermənistan isə hələ də minalanmış ərazilərin xəritəsini bizə vermək istəmir. Xəritənin olmaması isə işğaldan azad edilən əraziləsə səfər edənlərin minaya düşməsinə və həyatlarını itirməsi ilə nəticələnir. Ötən həftə Kəlbəcər ərazisində jurnalistlərin xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həyatını itirməsi bu məsələnin bir daha aktuallığını ortaya qoydu. Belə olan təqdirdə Azərbaycan hansı addımları atmalıdır? Minalanmış ərazilərin xəritəsini Ermənistandan necə almaq olar?

Arzu Nağıyev: Paşinyanın açıqlamaları qeyri-ciddi və qeyri-adekvatdır |  1news.az | Xəbərlər

Mövzu ilə bağlı “Hokm.az”-ın suallarını cavabalandıran Millət vəkili Arzu Nağıyev deyib ki, “Böyük qayıdış”ın yerinə yetirilməsi üçün ən ciddi məsələlərdən biri də minaların təmizlənmsi məsələsidir:

“Minalar həmin ərazilərdə xaotik şəkildə basıdırılıb. Bu xəritənin alınması üçün ermənilərə təzyiq mexanizmini artırmalıyıq. Yalnız təzyiq mexanizmi vasitəsilə onlardan xəritəni ala bilərik. Əks halda bu problem öz həllini tapmayacaq. Ermənilərə hər vasitə ilə, ATƏT, Avropa İttifaqı, o cümlədən bütün beynəlxalq təşkilatlar səviyyəsində təzyiq etməliyik. Minaların təmizlənmə prosesini gücləndirməliyik. Ermənilərin törətdiyi təxribatlara adekvat cavab verilməlidir. Yollarn açılması məsələsi daim diqqətdə saxlanılmalıdır”.

Siyasi şərhçi Samir Feyruzov düşünür ki, Azərbaycan Dövlət Televiziyasının  və “Azərtac”ın əməkdaşının (Sirac Abışov və Məhərrəm İbrahimov) minaya düşərək vəfat etməsi insanlıq əleyhinə cinayətdir:

“Allah şəhid həmkarlarımıza-qardaşlarımıza rəhmət eləsin! Ermənistan işğaldan azad edilən ərazilərdə basdırılan minaların xəritəsini vermək fikrində deyil. Azərbaycan bu məsələdə də Ermənistanı təslimçiliyə məcbur edən addımlar atmalıdır. Ermənistan tərəfi iddia edir ki, onlarda belə bir xəritə yoxdur. Ancaq nəzərə almaq lazımdır ki, minaların basdırılması hər bir ölkənin Müdafiə Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilir, həmin ərazilərdə heç bir mülki erməni mina basdıra bilməzdi. Minalar hərbçilər tərəfindən vahid xəritə əsasında basdırılıb və dəqiq koordinatlar əsasında Ermənistan Müdafiə nazirliyində protokollaşdırılıb.

28 il ərzində beynəlxalq təşkilatlar və böyük dövlətlər Ermənistanın işğalçılıq siyasətinə göz yumdu. Nəticədə Azərbaycan müharibə edərək Ermənistanı sülhə məcbur etdi. Buna alternativ başqa yol da yox idi. İşğalçı dövlətləri əzmədən onları sülh masasına gətirmək çətin məsələdir. İşğal atında saxlanılan torpaqlarda minalanma işlərinə 500 milyon dollara yaxın pul sərf olunub. Şübhəsiz ki, Ermənistan büdcəsi belə bir məbləğin təkcə minalanmaya ayrılmasına imkan vermir. Mülki şəxslərin bilərəkdən öldürülməsi insanlıq əleyhinə ağır cinayətdir. Ermənistana sanksiyalar tətbiq edilməlidir. Xüsusilə də, Azərbaycanla bərabər regional layihələrin iştirakçısı olan dövlətlər Ermənistan qarşısında konkret tələb qoymalıdırlar. Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsində əsas məqsədlərindən biri Qarabağın dirçəlməsi ilə bağlı aparılan sürətli işləri ləngitməkdir. Eyni zamanda, Ermənistanın Azərbaycanla sülh müqaviləsindən yayınmaq cəhdidir. Bu məsələdə də Ermənistan diktə ilə oturub-durur”

Politoloq bildirib ki, Ermənistanı minaların xəritəsini verməyə məcbur etmək üçün bu istiqamətdə durum təhlil olunmalı, xəritələri almaq üçün Ermənistana qarşı fərqli təzyiq mexanizmləri hazırlanmalıdır:

“Biz nələr edə bilərik?  Ermənistana təsir rıçaqlarından biri kimi həm də Rusiyadan amilindən istifadə etmək daha məqbuldur. Minaların təmizlənməsi zamanı bir rus sülhməramlısı həlak olub, biri də yaralanıb. Ermənistanın regional layihələrdəki iştirakını məqbul sayan dövlətlər ortaya konkret mövqe qoymalıdırlar”.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”  Pravda.az

Politoloq Əhəd Məmmədli isə düşünür ki, Azərbaycan məsələnin həlli üçün adekvat addım atmalıdır:

“Xəbərlər var ki, ermənilər hərbi qup yaradıb. Onlar söz verib ki, müharibədə itirdikləri adamların qisasını alacaqlar. Buna görə də bölgədə terror əməliyyatları həyata keçirirlər. Bunun bir cavabı var, biz də Zəngəzurda minalar quraşdırmalıyıq. Yalnız bu halda onlar bizə xəritələri təqdim edə bilərlər. Başqa cür mümkün deyil. Diversantlarımız bu işə gecikməməlidir. Beynəlxalq ictimaiyyət bu məsələdə ermənilərin tərəfindədir. Onlara güvənmək olmaz”.

  •  (0)
  •  (1)