Bakının “Binə” və “Sədərək” Ticarət mərkəzlərində işləyən sahibkarların vergidən yayınmasının qarşısını almaq üçün tədbirlər görülür”
Hazırda karqo şirkətləri sırf daşımaçılıqla məşğuldurlar. Ölkəyə idxal olunan mal və məhsullar faktiki sahibkarın adına rəsmiləşdirilir. Bu da ölkə boyu dəyər zəncirinin qorunmasında olan əngəllərin aradan qaldırılmasına imkan verir. Yəni mallar karqo şirkətləri tərəfindən idxal olunur. Onlar daşımaçılıqdan öz mənfəətini əldə edirlər. Həmin mallar faktiki sahibkarların öz adına rəsmiləşdirildiyinə görə, növbəti mərhələlərdə dövriyyələrin şəffaflaşması həyata keçirilir. 2019-cu ilin ilk 5 ayında həm dövriyyələrin şəffaflaşması, həm də elektron qaimələrlə rəsmiləşməsinin artırılması hesabına daxilolmalarda ciddi artımlar olub”.
Maraqlıdır, “Binə” və “Sədərək” Ticarət mərkəzlərində işləyən sahibkarların vergidən yayınması mümkündürmü? Əgər mümkündürsə, məsuliyyəti kim daşıyır?
“Tək bir mağazaya görə, 250 manat vergi ödəyirəm. Üstəgəl, mağazada olan lampaların sayına görə, elektrik enerjisinə, kondisionerə görə, ayrıca pul ödəyirəm. Hətta avtomobillə bazara gəlib-gedən sahibkarlar 50 qəpik pul ödəyir. Ödədiyimiz pullara görə bizə çek verilmir. Müdirin “pulyığan”ları deyir ki, narahat olmayın, verilən pullar sistemə oturur. Əgər bir gün yerhaqqını, vergini və digər haqları gecikdirsək, sabah müdiriyyətin adamları mağazamızı bağlayar. Ümumiyyətlə, bazarda sahibkarın vergidən yayınması mümkünsüz bir şeydir. Qanunla verginin tələb olunmasının tərəfdarıyıq, biz işləmək istəyirik. Bazarın “pulyığan”ları nə istəyirsə, sahibkar da həmin məbləği ödəyir. Sahibkarın vergidən yayınması mümkün deyil”.10 ildən artıqdır ki, “Binə” Ticarət Mərkəzində çalışan sahibkar Sevindik Cəfərov “Cümhuriyət” qəzetinə bildirib ki, bazarda onun iki mağazası var:
Sosioloq Ağasəlim Həsənov qəzetə bildirib ki, həm “Binə” və “Sədərək” Ticarət Mərkəzlərində, həm də ölkənin digər ticarət mərkəzlərində sahibkarların vergi ödəmədən fəaliyyət göstərməsi qeyri-mümkündür:
“Ola bilsin ki, bürokratik əngəllər səbəbindən sahibkarların ödədiyi məbləğ dövlət büdcəsinə çatmayıb. Amma bunun məsuliyyəti sahibkarların üzərində qalmamalıdır. Sahibkarlarla apardığım müzakirələr onu deməyə əsas verir ki, onlar fəaliyyəti dövründə dövlət büdcəsinə vergi ödəyiblər. Tam dəqiqliyi və məsuliyyətimlə deyə bilərəm ki, “Binə” və “Sədərək” Ticarət Mərkəzlərində çalışan sahibkarlar vergini ümumiləşmiş şəkildə bazar rəhbərliyinə ödəyiblər. Bir ay olsun belə, bu məsələ ilə bağlı sahibkarlara heç bir güzəşt tətbiq olunmayıb. Əksinə, get-gedə vergi tarifləri artırılıb, mağazanın kvadratmetrinə, sahibkarların ticarət dövriyyəsinə baxıb bazar müdiriyyəti tərəfindən vergi müəyyənləşdirilib.
Hokm.az
















